"Barselona" İspaniya La Liqasında 30-cu tur oyununa çıxıb.
Qol.az xəbər verir ki, Kataloniya təmsilçisi evdə "Atletiko" ilə qarşılaşıb. Matçda "Barselona" minimal hesabla qalib gəlib. Yeganə qolu isə 44-cü dəqiqədə Ferran Torres vurub.
Qeyd edək ki, "Barselona" hazırda turnir cədvəlində 76 xalla liderdir. "Atletiko" isə 60 xalla 3-cüdür.
Yeri gəlmişkən, "Barselona" "Çelsi"nin hücumçusu Pyer-Emerik Obameyanqı geri qaytarmaq istəyir. "The Daily Mirror"un məlumatına görə, Kataloniya klubu yayda 33 yaşlı futbolçu üçün londonlulara 10 milyon funt-sterlinq təklif edəcək. "Barselona" Qabonluların özündən isə iyunun əvvəlində qərar gözləyir.