Neymarın sevgilisi hamilədir

22 Aprel 2023 16:35 (UTC+04:00)

Braziliyalı futbolçu Neymar və sevgilisi Bruna Byankardi ilk övladlarını gözlədiklərini açıqlayıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı braziliyalı futbolçu və 28 yaşlı influencer sevindirici xəbəri “Instagram” səhifələrində paylaşım ediblər.