Son zamanlar Günəşdə partlayışlar intensivləşir. Bu o deməkdir ki, Yer daha tez-tez plazma axınlarına məruz qalır. SİA xarici mətbuata istinadən xəbər verir ki, alimlər ulduzdakı partlayışların sonrakı dövrdə daha da artacağını və pik həddə çatacağını bildirirlər. Çünki Günəş hazırda hərəkət mərhələsindədir. Ulduz hər 11 ildən bir sakit və ya fırtınalı dövrü tamamlayır və yeni bir dövrə başlayır. Məlumdur ki, Günəş 2019-cu ildə 25-ci dövrünə qədəm qoyub. Bu dövrələrdən sakit olanı, yəni ulduzdakı partlayışların və ləkələrin minimum səviyyəyə endiyi dövrlər “günəş minimumu” adlanır. Günəş ləkələrinin artdığı və partlayışların tez-tez baş verdiyi fazalara “günəş maksimumu” deyilir. Hazırda alimlər 2025-ci ildə ulduzda şiddətli partlayışların baş verə biləcəyi barədə xəbərdarlıq edirdilər.