Xalq artisti vəfat edən qardaşı ilə bağlı paylaşım etdi

22 Aprel 2023 09:41 (UTC+04:00)

Xalq artisti Firəngiz Mütəllimova vəfat edən qardaşı İlham ilə bağlı paylaşım edib. SİA xəbər verir ki, “İnstaqram”da onunla birlikdə fotosunu bölüşən aktrisa kədərli günündə yanında olan hər kəsə təşəkkür edib “Qardaşımın İlhamın qəfil vəfatı ilə bağlı yanımda olan hamıya minnətdaram. Canım qardaşım, məkanın cənnət olsun. Nurlar içində yat. Səni bütün varlığımla hiss edirəm. Son nəfəsimə kimi belə olacaq”.