Rusiya kinolarına maraq 4 dəfə artıb

21 Aprel 2023 15:28 (UTC+04:00)

"Son 10 ildə Rusiya istehsallı kinolara maraq 4 dəfə artıb". SİA xəbər verir ki, bunu “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumunda Rusiya Film Fondunun icraçı direktoru Fyodor Sosnov deyib.

O, ölkəsinin kino sahəsində bir çox uğurlara imza atdığını söyləyib: "Bu il kino sahəsində əldə olunan nailiyyətlər kifayət qədərdir. Rusiya film bazarında inkişaf davam etməkdədir".