Müğənni Demet Akalın həyat yoldaşı Okan Kurta yazdığı doğum günü təbriki ilə gündəm olub. SİA xəbər verir ki, 50 yaşlı məşhur müğənni bu gün 40 yaşını qeyd edən həyat yoldaşını sosial media üzərindən təbrik edib, eyni zamanda arxiv fotolarını paylaşıb.
"Doğum günün mübarək hər şeyim, əziz atamız, səni ilk dəfə görəndə anladım ki, dünyam olacaqsan. Daha da çoxu oldun, atamız oldun, Hiramız oldu. Yaxşı ki, varsan, yaxşı ki, mənimsən", - ulduz paylaşımına qeyd edib.
Demet Akalının əri ilə hovuzda çəkilən fotosu xüsusilə diqqət çəkib.
Məlumat üçün bildirək ki, cütlüyün Hira adlı bir qızları var.