Türkiyəli aktrisa aktyor sevgilisi ilə istirahətə gedib - FOTOLAR

20 Aprel 2023 01:44 (UTC+04:00)

Türkiyəli aktrisa Dilan Çiçek Deniz aktyor sevgilisi Mert Yazıcıoğlu ilə istirahətə gedib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, cütlük səyahət üçün Maldivi seçib.

Yeni sevgili olan cütlük istirahətdən çəkdirdiyi fotoları sosial media hesablarında paylaşıb.

Qeyd edək ki, “Yalı çapkını” serialının baş qəhrəmanı Afra Saraçoğlu ilə 4 il sevgili olan Mert Yazıcıoğlu bir müddət öncə bu münasibətə son qoymuşdu.