Dərzi işləyənlərə sertifikat almaq imkanı

19 Aprel 2023 18:58 (UTC+04:00)

Təhsildə Keyfiyyət Təminatı Agentliyi dərzi ixtisası üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün təhsil sənədi əldə etmək imkanı yaradır.

Agentlikdən SİA-ya bildirilib ki, sözügedən ixtisas üzrə təhsil sənədi olmadan fəaliyyət göstərən dərzilər səriştələrinin tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.

Ərizəçilər bunun üçün müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat yerləşdirilmiş keçiddən istifadə edə və imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçərək tələb olunan sənədləri [email protected] ünvanına göndərə bilərlər.

Qiymətləndirmə nəticəsi müsbət olan müraciətçiyə müvafiq modul üzrə sertifikat təqdim ediləcək.