Bir çox uğurlu layihələrdə rol alan gözəl aktrisa Yeliz Şarın anası dünyasını dəyişib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Yeliz Şar anasının acısını "İnstaqram" hesabında paylaşıb. O, "Canım anam, təəssüf ki, ən yaxın dostlarımdan birini itirdim. Cənazəmiz 19.04.2023 (çərşənbə) günorta saatlarında olacaq. Dualarınızı əsirgəməyin” deyə paylaşım edib. Aktrisanın anası Şehriban Şule Şar cənazə namazından sonra Karacaahmet qəbiristanlığında torpağa tapşırılacaq.