Məşhur reperin konserti təxirə salınıb

19 Aprel 2023 12:35 (UTC+04:00)

Jah Khalib kimi tanınan hip-hop ifaçısı Bəxtiyar Məmmədovun Sankt-Peterburqdakı konserti ləğv edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, sənətçinin həm aprelin 25-də olan, həm də aprelin 23-də Moskvadakı “Crocus City Hall”da baş tutması planlaşdırılan konserti olmayacaq.

Bundan əvvəl Dövlət Dumasının təhsil komitəsi rəhbərinin birinci müavini Yana Lantratova Moskva merinə, Sankt-Peterburq qubernatoruna və Baş Prokurorluğa müraciət edərək Jah Khalibin konsertlərinin Ukrayna Silahlı Qüvvələrinə dəstək verdiyinə görə qadağan edilməsini tələb edib.

Billdirilib ki, reper "İnstaqram"da Kiyevə gəldiyini yazıb. O, sığınacaqlara baş çəkdiyini paylaşıb və ukraynalılara heyran olduğunu söyləyib.