Yeddi yaşlı qızı zorlayıb, sonra öldürdülər

19 Aprel 2023 12:24 (UTC+04:00)

Ötən gün İraqda qan donduran qətl hadisəsi törədilib. Bəsrədə 7 yaşlı qızı konfet bəhanəsi ilə aldadan təcavüzkar uşağa təcavüz etdikdən sonra onu boğub. SİA xarici mətbuata istinadən xəbər verir ki, qətldən sonra bölgədəki təhlükəsizlik kamerası görüntülərindən kimliyi müəyyən edilən təcavüzkar saatlar sonra polis tərəfindən saxlanılıb.

Törətdiyi qətli etiraf edən qatil polisin müşayiəti ilə hadisə yerinə aparılıb və qətli necə törətdiyini danışıb. Cani uşağın cəsədini zibil qutusuna atdığını açıqlayıb. Məlum olub ki, təcavüzkar daha əvvəl öz oğlunu öldürdüyü üçün həbsxanaya düşüb və amnistiyadan yararlanaraq 6 ildən sonra azadlığa çıxıb.
İraq prezidenti Əbdüllətif Rəşid qatilin ən ağır şəkildə cəzalandırılmasının lazım olduğunu vurğulayıb. Reşid, bu cür cinayətlərdə cəzaların güclü və qətiyyətli olmasının vacibliyinə diqqət çəkərək, vətəndaşların təhlükəsizliyini, azadlığını və ləyaqətini qorumaq lazım olduğunu bildirib.

İraq Uşaq Təşkilatı qatilin edam edilməsini tələb edib. İraq Uşaq Təşkilatının üzvü Reca Ahmet qatilin asılaraq edam edilməsini istəyib. O, bu cür cinayətlərin narkotiklə mübarizənin əhəmiyyətini bir daha xatırlatdığını vurğulayıb. İraq Daxili İşlər Nazirliyinin məlumatına görə, İraqda cinayətlərin 80 faizindən çoxu narkotik istifadəçiləri tərəfindən törədilir.

Fazil Hənifəyev