Nyu Yorkda qorxunc hadisə baş verib

19 Aprel 2023 10:50 (UTC+04:00)

ABŞ-ın Nyu-York ştatının Manhetten bölgəsində qapalı parkinqin çökməsi nəticəsində 1 nəfərin öldüyü, çoxlu sayda insanın yaralandığı bildirilib. SİA xarici mətbuat istinadən xəbər verir ki, Nyu York Yanğından Mühafizə İdarəsinin verdiyi açıqlamaya görə, Manhettenin cənub bölgəsində avtodayanacaq qismən dağılıb. İlkin məlumata görə, 1 nəfər ölüb, çoxlu sayda yaralı var.

Yanğınsöndürənlər binada altı işçinin olduğunu, onlardan dördünün xəstəxanaya yerləşdirildiyini, birinin isə tibbi yardımdan imtina etdiyini bildirib.

Yaxınlıqdakı bölgədə yerləşən "Pace" Universiteti hadisə ilə əlaqədar dərsləri ləğv etdiyini və tələbələrin həyat təhlükəsizliyi üçün ərazidən uzaq durmalı olduqlarını açıqlayıb.

Fazil Hənifəyev