Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə 17-18 apreldə 18 yaşa qədər yeniyetmə oğlanlar arasında ACF Kuboku turniri keçirilib. Federasiyadan SİA-ya bu barədə məlumat verilib.
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda 203 cüdoçu medallar uğrunda mübarizə aparıb. Turnirin ilk günündə -50 kq., -60 kq., -73 kq. və -90 kq. çəki dərəcələrində, ikinci günündə isə -55 kq., -66 kq., -81 kq. və +90 kq. çəki dərəcələrində qaliblər müəyyənləşib.
Yarışın əsas məqsədi 6-7 mayda Göygöldə keçiriləcək yeniyetmələr arasında Avropa Kubokuna seçim etmək, eyni zamanda yeniyetmə cüdoçuların yarış təcrübəsinin artırmaq və cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.
Medalçıların siyahısını təqdim edirik:
-50 kq.
1. Nəcəf Nəsrullayev
2. Bahadir Feyzullayev
3. Nihad Məmişov
3. Kamran Heydərli
-55 kq.
1. Məhəmməd Məmişov
2. Zamin Əliyev
3. Ramiz Sadıxov
3. İbrahim Əliyev
-60 kq.
1. Nadir İmanov
2. Fərid Qasımzadə
3. Nicat Süleymanlı
3. Rəşid Səfərov
-66 kq.
1. Cəsur İbadlı
2. Səlim Sultanov
3. Nihat Mirzəliyev
3. Nihat Quliyev
-73 kq.
1. Məmməd Əzizbəyov
2. Nurlan Nəcəfov
3. Ağabala Bağırov
3. Nihad Yahyayev
-81 kq.
1. Zeynəlabdin Xudaverdiyev
2. Nihad Ramazanov
3. Ülvi İslamov
3. Serqey Tokov
-90 kq.
1. Ömər Abbasov
2. Tunar Fərzəliyev
3. Mahir Məmmədov
3. Elşan Fərzəliyev
+90 kq.
1. Ceyhun Dadaşov
2. Adil Məmmədov
3. Elşən Nəbiyev
3. Aqşin Məhərrəmov
İdmançılarımızı təbrik edirik!