Müsabiqənin test imtahanına qeydiyyat başa çatır

19 Aprel 2023 09:21 (UTC+04:00)

İmtahana qeydiyyat 20 aprel 2023-cü il saat 10:00-dək davam edəcək. DİM-dən SİA-ya verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi tərəfindən30 aprel 2023-cü il tarixində dövlət qulluğunda inzibativəzifələrin B növünə (inzibati icraçı vəzifələrə) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğunaqəbul üçün test imtahanı keçiriləcəkdir. İmtahanaqeydiyyat 20 aprel 2023-cü il saat 10:00-dək davam edəcək.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. Kabinet yaradılan zaman pul hesabı açılır.İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış olabilərsiniz. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxiletmək üçün müxtəlif ödəniş üsullarından (ətraflıməlumat www.payment.dim.gov.az saytında verilmişdir) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesabalazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştiraketmək üçün DİM-in internet portalında “Dövlət qulluğunaqəbul üzrə test imtahanında iştirak etmək üçün onlaynqeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyənnamizədlərin ödədiyi məbləğ geri qaytarılımır.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçənnamizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraqsetifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malikolan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həminaltqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplarauyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edəbilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edənnamizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrintutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.Ümumi şərtlərin tələblərinə cavab verməyən namizədmüsahibədə iştirak edə bilməz.