Dünyanın ən dərin kanyonlarından birinin Türkiyədə olduğunu bilirsinizmi?
Dünyanın ikinci ən dərin kanyonu olan Valla Kanyonu Türkiyənin Qərbi Qara dəniz bölgəsində, Kastamonu vilayətinin sərhədləri daxilində yerləşir.
SİA-nın əldə etdiyi məlumata görə, geniş dağlıq və meşəlik əraziləri ilə Kastamonu çoxsaylı kanyonlar, mağaralar, çaylar və şəlalələrə ev sahibliyi edir. kKastamonu təbii gözəllikləri bir arada görə biləcəyiniz nadir yerlərdən biridir.
800 ilə 1200 metr hündürlüyə malik qayaları olan Valla Kanyonundan keçmək çətindir və risklidir. Kanyonu ancaq peşəkar qruplar müvafiq avadanlıqla keçə bilər. Bununla belə, giriş və çıxışda yerli bələdçilərlə qısa girişlər edilə bilər. Kanyonu seyr etmək üçün tikilmiş müşahidə terrasında təbiətin qeyri-adi gözəlliyini sonuna qədər izləmək mümkündür.
Qayalıqlarında qartal, şahin, qarğa kimi yırtıcı quşların yaşadığı kanyonda 40-dan çox şəlalə var. Bunlardan biri də İlıca şəlaləsidir. Ilıca şəlaləsi digər şəlalələr qədər möhtəşəm olmasa da, ətrafındakı möhtəşəm bitki örtüyü ilə diqqətləri cəlb edir.
Eyni bölgədə yerləşən İlqarini mağarası dünyanın 4-cü ən böyük mağarasıdır. Uzunluğu 858 metr, dərinliyi 250 metr olan mağaranın 220 milyon ildə əmələ gəldiyi təxmin edilir. Mağara heyranedici gözəlliyə malikdir. Mağarada Roma və Bizans dövrlərinə aid ibadətgahlar, türbələr və sarnıçlar öz mövcudluğunu davam etdirir. Mağaraya gedən yolda Göbələk və Əjdaha mağaraları var.