"44 günlük Vətən müharibəsində qazanılan Qələbədə gənclərin böyük rolu oldu. Hətta şəhid olan gənclərin çoxu Qarabağı görməmişdi. Biz 2020-ci ildə qazanılan Qələbə zamanı böyük fərəh yaşadıq". SİA xəbər verir ki, bu fikirləri gənclər və idman nazirinin müavini İndira Hacıyeva Qərbi Azərbaycan İcmasında "Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında könüllülərin fəaliyyətinin təşviq edilməsi" məqsədilə məlumatlandırma sessiyasında bildirib.
O qeyd edib ki, azərbaycanlıların pozulmuş hüquqları bərpa edilməlidir.
Nazir müavininin fikirlərinə görə, gənclər Qərbi Azərbaycanla bağlı məlumatlandırma məsələsində fəal rol oynaya bilər.