Qərbi Azərbaycan İcmasında məlumatlandırma sessiyası keçirilir - YENİLƏNİR-FOTOLAR

18 Aprel 2023 15:11 (UTC+04:00)

Bu gün Qərbi Azərbaycan İcmasının binasında “Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında könüllülərin fəaliyyətinin təşviq edilməsi” məqsədilə məlumatlandırma sessiyası keçirilir. SİA xəbər verir ki, tədbirin təşkilatçıları Qərbi Azərbaycan İcması, “Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqıdır.

Tədbirdə İcmanın Sədri Əziz Ələkbərli, Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, dövlət qurumlarının nümayəndələri, könüllü təşkilatlarının rəhbərləri və 100-dən çox könüllü iştirak edəcək.