Lavrov Ukraynaya mesaj verdi

18 Aprel 2023 14:06 (UTC+04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Braziliyaya rəsmi səfəri çərçivəsində Braziliyanın xarici işlər naziri Mauro Vieyra ilə birgə mətbuat konfransı keçirib. SİA xarici mətbuata istinadən bildirir ki, Rusiyanın xarici işlər naziri Lavrov rəsmi danışıqlar aparmaq üçün Braziliyaya gedib. Həmkarı Vieyra ilə görüşən Lavrov birgə mətbuat konfransı keçirib. Mətbuat konfransında Ukrayna-Rusiya müharibəsi ilə bağlı açıqlamalar verən Lavrov, “Ukraynadakı münaqişənin bir an əvvəl bitməsini istəyirik. Baş verənlərin səbəblərini və qarşıya qoyduğumuz məqsədləri ətraflı izah etdik" deyə bildirib.

Lavrov müharibənin başa bitməsi üçün aşağıdakı şərtləri sadalayıb: “Bu planlar, ilk növbədə, Ukrayna ərazisində Rusiya Federasiyasının təhlükəsizliyinə təhdidlərin olmamasını təmin etməkdən ibarətdir".