G.Şaroyev adına 11 illik musiqi məktəbinin nailiyyətləri

18 Aprel 2023 12:35 (UTC+04:00)

Aprel ayının 14-də Bakı Musiqi Akademiyasının nəzdində Opera studiyasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi,G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbinin şagirdləri tərəfindən “Şahzadə Bellin şən yığıncağı ” adlı tamaşa - konsert keçirildi. Məlumat üçün qeyd etmək lazımdır ki, məktəbdə fəal şagirdlərdən ibarət “ Musiqi intuziastlar klubu ” fəaliyyət göstərir.30 ildən artıqdır ki, kluba nəzəriyyə şöbəsinin müəllimi Nüşabə Quliyeva rəhbərlik edir.Bu tədbir də klubun növbəti tədbiri idi.

Sanki nağıllar aləminə düşmüşdük. Kiçik bir sehirli ölkədə nağıllar və cizgi filmlərinin qəhrəmanları yaşayırlar. Bir gün onlar gözəl şahzadə Bellin şən yığıncağında toplaşırlar. Onların sədaqəti, dostluğu, qayğı, sevinc və təbəssümü hamını valeh edir. Axı saflıq, təmizlik daxili aləmlərini açmağa bizə yaxından kömək edir. Müxtəlif nağılların qəhrəmanları olsa da, onları qayğı, sədaqət və dostluq birləşdirir.

Nağıl qəhrəmanı, Antoşka adlı tənbəl oğlanı hamı tanıyır. Əməyi sevməyən Antoşka nə uşaqların xahişini nəzərə alıb qarmon çalır, nə də kartof yığır. Amma yemək dəvətini gözləmədən iri qaşıqla gəlir. (III sinif şagirdi Ömər Bəbirli )

Digər bir nağıl qəhrəmanı, kiçik ayı balası Umka hər şeylə maraqlanır. Çox məzəlidir. Anası ona insanların xeyirxahlığı haqqında danışır. Hər gecə ana Umkaya lay - lay oxuyur, Umka isə insanlar haqqında düşünür. (III sinif şagirdi Zümrüd İbrahimli)

Deyirlər qarşıdan qara pişik keçsə, yaxşı əlamət deyil. Amma biz adı çəkilən qara pişiyi tanıyandan sonra deyimlərə və yozumlara inanmırıq. Hamı ilə dostluq edən balaca qara pişik səhnəyə çıxdı. (III sinif şagirdi Əli Əzimov )

Uşaqlıq bir dəfə gəlir və keçib gedir. Geri baxıb əlçatmaz uşaqlığı uzaqlaşan görürsən.Hava şəraitinə baxmayaraq doğum günü həmişə sevinc gətirir. Çeburaşkanın mahnısında ötüb keçən uşaqlıq nə qədər üzücü olsa da, o ad gününü səbirsizliklə gözləyir. (V sinif şagirdi Mehri Əsgərli)

Balaca yuvada yaşayan nazlı qara böcək Tıq - tıq xanım səyahətə çıxıb dost tapmaq qərarına gəlir.O , yolda çoxları ilə rastlaşsa da heç kim onun ürəyincə deyildi. Özü isə hamıya belə deyirdi: “Hmm... Məndən yaxşı dost tapa bilməzsiniz ”. (IV sinif şagirdi Fəridə Quliyeva)

Nağıllar rəngarəng, nağıllar müxtəlifdir. Bremen musiqiçiləri ağılsız kralı aldatmaq üçün bir plan hazırladılar. Birdən meşədən cəsarətli bir quldur mahnısı eşidildi. ( IV sinif şagirdi Xanbəy İsmayılov )

Bu sehirli mahnı sanki ümid və daha parlaq gələcəyə inamla doludur.Bu gənc müxtəlif janrlarda çoxlu mahnılar ifa edir. Trubadurun repertuarında hər bir şəhzadənin ruhunun zərif tellərinə toxuna bilən romatik bir serenada var. (VIII sinif şagirdi Cəlal Bəşirli)

BalacaYenotun ad günüdür.Yenot öz kölgəsindən qorxur, anası ona mehriban, gülərüz və cəsarətli olmağı öyrədir. (V sinif şagirdi Əsnad Məmmədova)

Bir gün gəzintiyə çıxan balaca Aslan gözəl bir mahnı eşidir. Aslan mahnını bəstələyən böyük Tısbağa ilə dostlaşır və onlar birlikdə mahnı oxuyurlar. (II sinif şagirdi Ceyla Əsgərli, V sinif şagirdi Yağmur Hüseynli)

Kiçik bir qəbilə başçısının qızı qorxmaz Moana macera arzusundadır və təhlükəli dəniz səyahətinə çıxmağa qərar verir. Moana okeanı keçməli, heyvanlar ilə vuruşmalı, qədim sehri pozmalıdır. (X sinif şagirdi Leyli Nəcəfova)

Layla körpəsi ilə ünsiyyətdə olan ananın içindən süzülüb gələn həzinliyin, analığın bəxş etdiyi sonsuz qürur və həyəcanın ifadə şəklidir. (X sinif şagirdi Aydan Həmzəyeva)

Şəhərin səs küyündən qaçıb, sirli və ekzotik Çunqa - çanqa adasında günəşdən və dənizdən həzz almaq bir çox insanın arzusudur. Adada bizim səyahətçimizi nadinc uşaqlar , zürafə və tutquşu qarşılayır və onlar həmin ada haqqında şən mahnı oxuyurlar. (III sinif şagirdi Fərəh Quliyeva)

Heyvanların müdrik və qüdrətli padşahı Kral Şirdən sonra isə onun varisi Simba krallığı idarə edir.Simba sadiq dostlar və hətda öz sevgisini tapır. (X sinif şagirdi İsgəndər Həsənzadə)

Ağıllı, çalışqan və məqsədyönlü qız öz restoranını açmaq arzusundadır . O heç vaxt xəyallarının gerçəkləşməsinə inanmırdı. Amma məqsədə çatmaq üçün çalışmaq və bir az vaxt lazımdır. (IX sinif şagirdi Aidə Cümşüdlü)

Cəsur şahzadə Anna bacısı ilə dostluğu bərpa etməyə şalışır.Lakin bu onun üçün asan deyildi.Anna Elsanı evə qaytarmaq və ürəyindəki buzları əritmək üçün çox çalıdı və sonda buna nail oldu. (II sinif şagirdi Səidə Hüseynova)

Səyahətçi qəhrəmanlar yenidən birləşərək dünyanı gəzməyə, mahnıları ilə başqalarını sevindirməyə yola düşürlər. Nağıllar rəngarəng , nağıllar müxtəlifdir. Lakin bütün qəhrəmanlarımızı , sevgi, saflıq və təmizlik birləşdirir. (IX sinif şagirdi Rəsul Cahangirli)

Tədbirdə Uşaq Musiqi və İncəsənət Məktəblərinin direktorlar , “Kaspi“ və “Bakinski raboçi“ qəzetinin müxbiri, jurnalist Raya Abbasova, Azərbaycandakı Rus cəmiyyətinin sədr müavini,rusdilli tədris müəssisələri Assosasiyasının sədri Lyubov Yakunina və başqa qonaqlar iştirak edirdilər. Tədbirin sonunda məktəbin direktoru Vəfa Həziyeva iştirakçılara və qonaqlara öz təşəkkürünü bildirdi.

Sonda xatirə şəkilləri çəkildi.