Aprelin 17-dən başlayan Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir. Sərbəst güləş üzrə Azərbaycan millisi də çempionatda iştirak edir.
Məsələ ilə əlaqədar olaraq Azərbaycan Güləş Federasiyasının mətbuatla əlaqələr şöbəsinin rəhbəri Sərxan Musalı ilə əlaqə saxladıq. O SİA-ya açıqlamasında bunları deyib: "Medal uğrunda baş tutacaq görüşlər hələ ki, başlamayıb. Azərbaycan millisindən finala Əliabbas Rzazadə (52kq), Hacı Əliyev(70kq), Maqomedxan Maqomedov (97kq) çıxıb. Əli Rəhimzadə (65 kq) bu gün təsəliciverici görüşə çıxacaq. Əgər bu görüşdə qalib gəlsə axşam bürünc medal uğrunda görüşə çıxacaq. Həmçinin Səbuhi Əmiraslanov (79 kq) bürünc medal uğrunda güləşəcək".