"Azərbaycan daha sərt şəkildə mövqe nümayiş etdirməlidir" - POLİTOLOQ DANIŞDI

18 Aprel 2023 11:41 (UTC+04:00)

“Ermənistanın təxribatlarının qarşısının alınması yalnız 2 istiqamətdə mümkündür”. Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Ramil Məmmədli bildirib.

Onun sözlərinə görə, birinci istiqamətdə Ermənistan özü bu məsələdə konstruktiv mövqe nümayiş etdirilməlidir və münaqişənin həlli ilə bağlı sülh müqaviləsini imzalamalıdır: “Təbii ki, buna qədər infrastruktur layihələri həyata keçirilməli, Zəngəzur yolu açılmalı eyni zamanda sərhədlərin delimitasiyası prosesi yerinə yetirilməlidir. Əks təqdirdə isə ikinci variant olaraq Qarabağda yaşayan erməni hərbi birləşmələri ərazidən çıxarılmalıdır. Bu çıxarış əmin-amanlıq şəaritindəmi baş verəcək yoxsa hərbi əməliyyatlara zərurət yaranacaqmı? Bu artıq Ermənistanın mövqeyindən asılıdır. Azərbaycan daha sərt şəkildə mövqe nümayiş etdirməlidir. Qarabağdakı erməni silahlı birləşmələrinin ərazidən çıxarılmasına cəhd göstərilməlidir. Əks təqdirdə isə bütün bu proseslər eyni şəkildə davam edəcək. Təxribatların qarşısı köklü şəkildə alınmalıdır. Əgər bu iki amil xüsusən də ilk amil baş verərsə xarici qüvvələrin regionda manevrə etmək imkanları azalacaq və hər şey normal şəkildə öz qaydasına dönəcək”.