Media nümayəndələri üçün Formula 1 Azərbaycan Qran-Prisi barədə seminar keçirilir - YENİLƏNİR - FOTOLAR

18 Aprel 2023 10:55 (UTC+04:00)
2023 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində media nümayəndələri üçün seminar keçirilir. SİA xəbər verir ki seminarın əsas məqsədi Qran Prinin yüksək səviyyədə işıqlandırılması və tədbirdə

medianin işi ilə bağlı zəruri məlumatların ötürülməsidir.

Tədbiri giriş sözü ilə açan Bakı Şəhər Halqasının mətbuatla əlaqələr şöbəsinin rəhbəri Turab Teymurov 2023 Formula 1 Azərbaycan Qran Prisində iştirak edəcək komandaların adlarını açıqlayıb, yarış günləri barədə məlumat verib. Daha sonra bu il keçirilən yarışın ötən illərdən daha fərqli və maraqlı olacağını bildirib.

Daha sonra BŞH-nın Media Mərkəzinin koordinatoru tərəfindən media nümayəndələri Media Mərkəzi ilə bağlı məlumatlandırılıb.