Aygün Kazımova növbəti videosunu izləyiciləri ilə bölüşüb - FOTO/VİDEO

18 Aprel 2023 05:42 (UTC+04:00)

Xalq artisti Aygün Kazımova növbəti videosunu izləyiciləri ilə bölüşüb. SİA xəbər verir ki, fonda “Son söz” mahnısının yer aldığı paylaşım olduqca bəyənilib. Lakin Kazımovanın görüntülərinə münasibət bildirən müğənni Xatun Əliyevanın şərhi diqqət çəkib.

“Mələyim, gözünüzdəki kədərə qurban olum. Rəbbim sizi qorusun. Hər zaman dimdik, gözəl-göyçək, güclü, qüvvətli olub, səhnələrdə bərq vurasız”, - deyə, Xatun vurğulayıb.