Məşhur model alt paltarsız şəkil çəkdirib

17 Aprel 2023 17:10 (UTC+04:00)

Dünyaca məşhur model İrina Şeyk alt paltarsız şəffaf libasda şəkil çəkdirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, bu geyimdə “Coachella” musiqi və incəsənət festivalına qatılıb.

“İnstaqram”da fotosunu izləyiciləri ilə bölüşən İrinanın geyimi çox bəyənilib. Ona “Ən yaxşı qadın”, “Mükəmməl”, “İlahə”, “İnanılmaz”, “Sən necə də gözəlsən”, kimi şərhlər yazılıb.

Qeyd edək ki, model sözügedən gecədə Leonardo DiKaprio ilə əylənərkən görüntülənib.