"Azərbaycan Respublikası Prezidentinin Bosniya və Herseqovinaya səfərini də Azərbaycan xarici siyasətinin son uğurlarından hesab etmək olar". Bu sözləri SİA-ya açıqlamasında politoloq Əlimusa İbrahimov bildirib.
Onun sözlərinə görə, son dövrlər cənab Prezidentin Şərqi Avropa ölkələrinə səfərləri intensiv xarakter almışdır və bu səfərlər zamanı əldə olunan razılaşmalar və imzalanan müqavilələr beynəlxalq əlaqələrimizin daha da genişləndirilməsindən xəbər verir: "Bu ölkə ilə bizim münasibətlərimiz uzun müddətdir ki yüksələn xətlə inkişaf edir. Hər iki dövlət Prezidentimizin də qeyd etdiyi kimi, buna qədər də beynəlxalq təşkilatlarda bir-birilərini dəstəkləyirdilər. Amma bu səfər münasibətləri daha da inkişaf etdirəcək. Bu gün Azərbaycanın beynəlxalq səviyyədə dəstəklənməsinə ciddi ehtiyac hiss olunur ki, bu məsələdə Bosniya və Herseqovina əhəmiyyətli rol oynaya bilər".