“Bütövlükdə tütün istehsalı və ixracatı həm də mövsümi faktorlarla bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, faktiki olaraq mövsümi faktorlar ixracata, eləcə də istehsala birbaşa təsir göstərir: “Bu baxımdan Azərbaycan üçün tütün istehsalının genişləndirilməsi, ixracatın artırılması prioritet məsələdir. Təbii ki, növbəti aylarda da bu öz aktuallığını qoruyub saxlayacaq. Xüsusən də 2023-cü ilin ikinci yarısında biz tütün məhsulunun ixracatında artımları müşahidə edəcəyik. Ümumilikdə isə tütün istehsalının artırılması Azərbaycan üçün prioritet amil sayıldığından qeyri-neft sektorunda əsas məhsullardan biri kimi xarakterizə olunur. Ona görə də azalmanın baş verməsi mövsümlə əlaqədardır. Lakin artımlar isə növbəti aylarda gözlənilir”.