"Vətəndaşlar "Yaşayış Yerinǝ Giriş İcazə" sənədini zonalar üzrə paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə edə bilərlər". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BŞH-nın mətbuatla əlaqələr şöbəsinin rəhbəri Turab Teymurov bildirib.
T. Teymurov bildirib ki, bunun üçün vətəndaşlar zonalar üzrə aşağıdakı müvafiq idarələrə müraciət etməlidirlər:
Zona 1-Buraxılışın paylanma məntəqəsi
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Böyük Qala küçəsi 41, Keçmiş ensiklopediya Binası, 4-cü mərtəbə
Tel: (012) 497-35-89
Zona 2-Buraxılışın paylanma məntəqəsi Mənzil-Kommunal və İstismar İdarəsi No 4 Xəqani küçəsi 26/32
Tel: (012) 498 88 06
Zona 3-Buraxılışın paylanma məntəqəsi Mənzil-Kommunal və İstismar İdarəsi No 58
İstiqlaliyyət küçəsi 5
Tel: (012) 492 41 85 Qeyd edək ki, "Yaşayış Yerina Giriş icazəsi"nin paylanması 10 aprel tarixindən başlayıb və 28 aprelǝdək davam edəcək".