"24 aprel, gecǝ 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq. Nəqliyyatın hərəkəti 2 may, səhər saat 08:00-dan etibarən bərpa olunacaq". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında BŞH-nın mətbuatla əlaqələr şöbəsinin rəhbəri Turab Teymurov bildirib.
Qurum rəmisi qeyd edib ki, nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq olunacaq: "Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci zona Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsini əhatə edən ərazidir. Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı "Yaşayış Yerina Giriş İcazəsi" əsasında təmin olunacaq. Bu zonalarda yaşayan və ya əmək fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin sahibləri icazəni tam ödənişsiz əldə edə biləcəklər".