Səhnə prodüser mərkəzinin nəzdində fəaliyyət göstərən Səhnə teatrında Edvard Olbinin “Zooparkda nə baş verdi?” tamaşasının premyerası olub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tamaşanın prodüseri Elçin Hacı, quruluşçu rejissoru Elvin Mirzəyev və səs operatoru Nicat Cəbrayılovdur.
Təsadüfən parkda tanış olan iki insan heç bilməzdilər ki, bir-birinin taleyində necə əhəmiyyətli iz qoyacaqlar. Çox vaxt insan nəyə qadir olduğunu ağlına belə gətirmir.
Tamaşada rolları Əməkdar artist Vaqif Kərimov və artist Ramil Məmmədov ifa etdilər.
Tamaşaçılar qəhrəmanları və hadisələri çox yaxından izləyərək tamaşanı alqışlarla qarşılayıblar.