Keniya kosmosa ilk Yer müşahidə peykini buraxmaqla tarixə düşdü
Keniya Kosmik Agentliyindən (KSA) verilən məlumatda bildirilir: “ABŞ-ın “SpaceX” şirkətinə aid “Falcon-9” raketi ilə Yer orbitinə çıxarılan "Taifa-1" adlı peyk Keniyanın ilk Yer müşahidəçi peyki olaraq tarixə düşdü”.
Əlverişsiz hava şəraiti səbəbindən iki uğursuz cəhddən sonra orbitə buraxılan peyk hər 4 gündən bir ölkə üzərində uçacaq və kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, təbii ehtiyatların idarə edilməsi və ətraf mühitin monitorinqi məqsədləri üçün istifadə olunacaq.
Peyk məlumatlarının qarşıdakı aylarda gəlməsi gözlənilir, bunun üçün ekspert qrupu yaradılıb.
371 milyon dollara başa gələn peyk məlumatlarından dövlət qurumları ilə yanaşı, özəl qurumların da faydalana biləcəyi qeyd edilib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, 2017-ci ildə yaradılan Keniya Kosmik Agentliyi ilk miniatür peykini 2018-ci ildə orbitə buraxıb. 2022-ci ilin sonuna qədər isə 14 Afrika fəzaya 52 peyk buraxıb.