"Forsaj" filminin ulduzu, mərhum aktyor Pol Uokerin idarə etdiyi avtomobil satışa çıxarılacaq.
SİA xarici mətbuata istinadən xəbər verir ki, 550 at gücünə malik olan “Nissan Skyline GT-R” markalı maşın aprelin 28-dən yeni sahibini gözləyəcək.
Bildirilir ki, artıq uzun müddətdir istifadə olunmayan avtomobil texniki baxışdan keçməlidir.
Qeyd edək ki, nəqliyyat vasitəsi ekran işinin 4-cü hissəsində yer alıb. P.Uolker 2013-cü ildə avtomobil qəzasında dünyasını dəyişib.
