Rusiyanın Xalq artisti Filipp Kirkorov sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.
SİA xəbər verir ki, ifaçı keçmiş həyat yoldaşı, Rusiyanın Xalq artisti Alla Puqaçovanı doğum günü münasibəti ilə təbrik edib.
O, Puqaçova ilə olan fotosuna "Ad günün mübarək, Alla! 15 aprel 1998-ci il" deyə şərh yazıb.
Qeyd edək ki, Puqaçova həyat yoldaşı, şoumen Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsraildə yaşayır.
