İtkin düşən məşhur aktyor tapılıb

16 Aprel 2023 06:46 (UTC+04:00)

Amerikanın itkin düşən məşhur aktyoru Dreyk Bell tapılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, sənətçi polislə əlaqə saxladığını və yaxşı olduğunu bildirib.

36 yaşlı aktyorun sözlərinə görə, o, telefonunu uzun müddət maşında saxlayıb. Buna görə də onun itkin düşməsi ilə bağlı xəbərlər yayılıb.