BQXK-nin avtomobilləri Xankəndi-Laçın yolundan keçdi

15 Aprel 2023 16:29 (UTC+04:00)

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə 14 avtomobilin hərəkət etməsinə şərait yaradılıb. SİA xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 8 minik və 6 yük maşını Laçından Xankəndi istiqamətindəkeçid edib.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət edən BQXK-yə məxsus avtomobillərin sayı 23-ə çatıb.