Aparıcı və aktrisa Raksana İmir “Azad Azərbaycan” telekanalından ayrılıb. SİA xəbər verir ki, bu barədə o, instaqramda məlumat yayıb. Video paylaşan Raksana bu sözləri deyib: “Əmək kitabçamı aldım. Və 8 ildir əməkdaşlıq etdiyim ATV telekanalı ilə sağollaşıram. Bu da son”.
Daha sonra sənətçi hekayəsinə bunları əlavə edib: “Bu gün öz istəyimlə mənə evim qədər doğma olan ATV ilə vidalaşdım. Bir gün haqq öz yerini tapacaq. Mənə isə yeni yolda uğurlar”.