Məşhur model xeyli arıqladı - FOTO

15 Aprel 2023 03:50 (UTC+04:00)

Üçüncü dəfə ana olandan sonra aldığı çəkiyə görə tənqid edilən Adriana Lima sosial media hesabında son halını paylaşıb. SİA xarici mediaya istinadən xəbər verir ki, dünyaca məşhur model Adriana Lima ötən il üçüncü dəfə ana olduqdan sonra Qətərdə keçirilən tədbirdə podiuma çıxıb. Limanın son vəziyyətini görənlər heyrətə düşüb.

Aldığı çəkiyə görə sosial mediada çirkin şərhlərə məruz qalan Lima 18 kiloqram arıqlayıb. Daimi boksla məşğul olan model Adriana Lima bədənini boks, yoqa və sağlam qidaya borclu olduğunu deyib.

Qeyd edək ki, reklam çəkilişləri üçün çəkdirdiyi anları sosial şəbəkədə paylaşmağa doya bilməyən Adriana Limaya xeyli şərh gəlib.