“Quba Ting” MMC güzəştli kredit əldə edib

15 Aprel 2023 01:14 (UTC+04:00)

“Quba Ting” MMC tingçilik təsərrüfatlarını yerli istehsal olan sağlam əkin materialı ilə təmin etməyi hədəfləyən layihə üzrə Sahibkarlığın İnkişafı Fondundan 200 min manat güzəştli kredit əldə edib. SİA Fonda istinadla xəbər verir ki, layihənin maliyyələşdirilməsi “Bank Respublika” ASC vasitəsilə həyata keçirilib.