Müğənni Xatirə İslam tənqidlərə məruz qalıb - FOTOLAR

14 Aprel 2023 05:48 (UTC+04:00)

Müğənni Xatirə İslam növbəti dəfə tənqidlərə məruz qalıb. SİA xəbər verir ki,buna səbəb sənətçinin instaqram hesabında Dubay istirahətindən fotolar paylaşmasıdır.

Şərhlərdə sənətçiyə qarşı aparılan linçlənmənin səbəbi onun ölkədəki mövcud vəziyyəti nəzərə almayaraq istirahətindən olan şəkillərini yayımlamasına davam etməsidir.

Qeyd edək ki, ifaçı bu yaxınlarda oğlu Emil ilə BƏƏ-yə istirahətə yollanmışdı.