“Çox xahiş edirəm, mənim görünüşümü şişirtməyin” - AKTRİSA

13 Aprel 2023 16:29 (UTC+04:00)

“Ailə” serialının aktrisası Serenay Sarıkaya özü ilə bağlı maraqlı açıqlama edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, “YouTube” verilişinə qonaq olan aktrisa onu gözəl hesab etməyənlərə səslənib: Bəzi insanlar deyir ki, “məncə, Serenay gözəl deyil!” Çox xahiş edirəm, mənim görünüşümü şişirtməyin. Özümü hər halımla bəyənirəm. Heç bir gözəllik iddiam, böyük düşüncələrim yoxdur. Belə bir eqom və iddiam olmadığı üçün bəzilərinin bu cür şərhlər yazmağı çox mənasızdır”.