66 yaşlı aktyor Aleyna Tilki ilə öpüşmək istəyir

13 Aprel 2023 16:05 (UTC+04:00)

Türkiyənin məşhur komediya aktyoru Mehmet Ali Erbil açıqlaması ilə yenidən gündəm olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, 66 yaşlı aktyor gənc müğənni Aleyna Tilki ilə filmdə rol almaq istədiyini deyib: “Serenayla (aktrisa Serenay Sarıkaya- red) öpüşə bilmərəm, artıq mümkün deyil. Sevgilisi var. Amma mənə klipdə öpüşmə təklifi gəlsə və “tərəf müqabili olaraq kimi istəyirsən” deyə soruşsalar, mən Aleyna Tilki deyərəm”.

Onun 23 yaşlı ifaçı ilə rol almaq arzusu sosial şəbəkələrdə müzakirə olunub, aktyor tənqid edilib.