Dəhşətli yanğın hadisəsi baş verib

13 Aprel 2023 14:53 (UTC+04:00)

Pakistanın Kəraçi şəhərində fabrikdə baş verən yanğın nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Pakistanın Kəraçi şəhərində, fabrikdə yanğın baş verib. Qısa müddətdə alov böyüdükdən sonra fabrikin bəzi hissələri dağılıb, hadisə yerinə çoxlu yanğınsöndürən və ilk yardım qrupu göndərilib. Aidiyyatı orqanlar yanğına müdaxilə edən 4 yanğınsöndürənin hadisə yerində öldüyünü, 13 nəfərin yaralandığını bildirib.

Xəsarət alanlar arasında 11 yanğınsöndürən və 2 mülki vətəndaşın olduğu, yaralıların müalicə olunmaq üçün xəstəxanaya aparıldığı bildirilib.

Fazil Hənifəyev