“Blackpink” daha bir uğur qazanıb

13 Aprel 2023 12:44 (UTC+04:00)

Cənubi Koreyanın məşhur qrupu “Blackpink” daha bir uğur qazanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, son bir ayda “YouTube”da abunə sayını 20 milyon artıran musiqi qrupu rekord qırıb.

Onlar daha əvvəl sözügedən platformada izləyici sayına görə, birinci olan kanadalı müğənni Castin Biberi geridə qoyaraq 80 milyon abunə sayı ilə ilk sırada yer alıblar.