BDU korrupsiyaya qarşı mübarizə üzrə Tədbirlər Planı qəbul edib

13 Aprel 2023 12:07 (UTC+04:00)

BDU 2023-2026-cı illər üçün korrupsiyaya qarşı mübarizə üzrə Tədbirlər Planı qəbul edib. BDU-dan SİA-ya verilən məlumata görə, “Korrupsiya və korrupsiyaya şərait yaradan hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsinə dair Bakı Dövlət Universitetinin (BDU) 2023-2026-cı illər üçün Tədbirlər Planı” hazırlanıb.

Tədbirlər Planı BDU-nun Elmi Şurasında müzakirə olunaraq qəbul edilib.