13 qadın Depardyeni cinsi zorakılıqda ittiham edib

13 Aprel 2023 08:35 (UTC+04:00)

74 yaşlı fransız aktyor Jerar Depardye yenidən cinsi təcavüzdə ittiham olunub. Hadisələrin 2004-2022-ci illər arasında 11 filmin çəkiliş meydançasında baş verdiyi deyilir. SİA xəbər verir ki, 13 qadın - aktrisalar, vizajistlər və digər işçilər zorakılığa məruz qalıb. Onlardan üçü artıq məhkəmədə ifadə verib.

Depardyenin vəkilləri onun bütün ittihamları rədd etdiyini bildiriblər. Onların sözlərinə görə, aktyor bu şikayətdən tamamilə məəttəl qalıb.