Aktyor Elvin Atakişiyev aparıcılıq edəcək - FOTO

13 Aprel 2023 04:50 (UTC+04:00)

Bir müddət əvvəl ağır xəstəlikdən sağalan aktyor Elvin Atakişiyev aparıcılıq edəcək. SİA xəbər verir ki, sənətçinin xanımı Elvina Atakişiyeva ilə birlikdə Kanal S-də verilişi yayımlanacaq.

Əyləncəli formatda olan proqramın adı “Elvin Elvinayla oyna”dır.

Qeyd edək ki, qaraciyər sirrozundan əziyyət çəkən Elvinin əməliyyat pulu Xoşqədəm Hidayətqızının verilişində toplanmışdı.Ona bacısı donor olmuşdu.