Rusların 70 faizdən çoxu başqa planetə uçmaq istəyir

12 Aprel 2023 18:44 (UTC+04:00)

Rusların demək olar ki, dörddə biri- 24 faizi Marsa kosmik turist kimi uçmaq istədiklərini bildiriblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “VTsIOM” sorğusunun nəticələri sübut edir.

Maraqlıdır ki, rusların təribən 10 faizi Aya uçmaq “həsrətindədir”.

Ümumilikdə, araşdırmaya görə, sorğuda iştirak edən rusların 70 faizdən çoxu Günəş sistemindəki hansısa başqa planetə getməyə razıdır.

Velə ki, rusların 9 faizi Veneraya, 6 faizi Yupiterə, 5 faizi isə Saturna uçmaq istəyirlər.

Respondentlərin 45 faizi yaxın 50 il ərzində insanlı kosmik gəminin Marsa uçuşunun mümkün olduğuna inanır.

O da maraqlıdır ki, son zamanlar Ayda yaşayış üçün əlverişli bazanın qaçılmaz görünməsi ehtimalına inanan rusların nisbəti əhəmiyyətli dərəcədə artıb.

Eyni zamanda, rusların 10 faizi nəhəng meteoritin yaxın yarım əsrdə bəşəriyyəti məhv edəcəyinə inanır. 7 faizi bəşəriyyətin Yeri tərk edərək başqa planetə köçəcəyini, 5 faizi isə Günəşin sönəcəyini və Yerin yaşayış üçün yararsız hala düşəcəyini mümkün hesab edir.

Yalnız 3 faizi yadplanetlilərin Yer kürəsini ələ keçirəcəyinə inanırlar.

Ağasəf Babayev