Azərbaycanda son sutka ərzində peyvənd olunanların sayı açıqlanıb.
Bu barədə SİA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 548, bu günə qədər isə ümumilikdə 7 572 070 test icra olunub.
Eyni zamanda ölkədə son sutka ərzində 147 nəfər vaksinasiya olunub. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 957 780 olub.