Cənubi Koreyanın Qanqneunq şəhərində meşə yanğını baş verib.
SİA xarici mətbuata əsasən xəbər verir ki, güclü külək səbəbindən sürətlə yayılan yanğında riskli bölgələrdəki 300 nəfər təxliyə edilib. Yanğın söndürənlərin alova nəzarət etmək üçün işlərini davam etdirdiyi, külək səbəbindən yanğına havadan müdaxilənin mümkün olmadığı bildirilib.