Bu gün saat 13:30 radələrindəTürkiyə-İran sərhədində 4,4 bal gücündə zəlzələ baş verib.
SİA xarici mətbuata istinadən xəbər verir ki, zəlzələnin episentri Ağrının Doğubəyazıt rayonunun Sarıçavuş kəndinin bir neçə kilometrliyindədir. Zəlzələnin baş verdiyi bölgə Türkiyə, İran, Azərbaycan və Ermənistan sərhədlərinin kəsişmə nöqtəsidir.
Zəlzələnin Ermənistan və Naxçıvanda da hiss olunduğu bildirilir.