İran baş örtüyü taxmayan qadınlara HANSI ZORAKILIĞI TƏTBİQ EDƏCƏK?

11 Aprel 2023 11:22 (UTC+04:00)

İranda hicab öhdəliyini pozmamaq üçün yeni təcrübə tətbiq edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, İran Təhlükəsizlik Baş İdarəsi tərəfindən edilən açıqlamada hicab taxmayan qadınların kamera sistemləri tərəfindən təsbit edildiyi və hicabdan istifadə ilə bağlı qanuni öhdəliyə əməl etmək üçün onlara hüquqi xəbərdarlıq mesajı göndərildiyi bildirilib.

İctimaiyyət arasında gərginliyin və hücumların qarşısını almaq məqsədi ilə göndərilən xəbərdarlıq mesajında ​​hicabsız qadınların görüntülərinin tarix və məkanla birlikdə paylaşıldığı bildirilib.